RU

Məktəbin qarşısında 2 ci zolaqda saxlayan maşınlar xanım sürücüyə mane oldu VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Bakıda sürücülərin qanunazidd əməlləri şəhər ərazisində küçə və prospektlərdə sıxlığın yaranmasına gətririb çıxarır.

Sürücülərin məsuliyyətsiz park etməsi nəqliyyatın hərəkətinə mane olur. 

Avtosfer.az xəbər verir ki, paytaxtın Yasamal rayonu ərazisində nəqliyyat vasitələrinin hərəkəti elə sürücülər tərəfindən əngəllənir. Belə ki, İnşaatçılar prospektində 175 nömrəli məktəbin qarşısında 2-ci cərgədə saxlayan avtomobillər yol çiynində dayanan nəqliyyat vasitələrinə maneə yaradıb. Xüsusilə də yolun sol çiyinində park halında olan avtomobilin çıxışı mümkün olmur və sürücülər digər sürücünün gəlib avtomobili yerindən tərpətməsini gözləmək məcburiyyətində qalırlar. Bu isə gündəlik vaxt itkisinə, əsəb və gərginliyinə səbəb olur.

Vətəndaşlar bu vəziyyətin artıq uzun müddətdir davam etdiyini və bu barədə dəfələrlə şikayətlər bildirdiklərini  qeyd edirlər. Təəssüf ki, hələ də heç bir nəticə əldə olunmayıb və sürücülər öz məsuliyyətsiz davranışlarını davam etdirirlər.

Bu barədə mütəxəssislər dəfələrlə bildirib ki, məktəblərin yaxınlığında valideynlər üçün əlverişli şərait yaradılmalı, məktəblər ətrafında zolaqların zəbt edilməsinin qarşısı alınmalıdır. Sürücülər aidiyyəti qurumlardan belə problemlləri nəzarətə götürmələrini və tez müddətdə həllini gözləyir.

Fidan

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
avtosfer.az

1Источники