“İslam dünyası olaraq çətin bir prosesdən, çətin sınaqdan keçirik. Müharibə, münaqişə, xaos və qeyri-sabitlik buludları, təəssüf ki, coğrafiyamızın səmasını bürüyüb. Xüsusən də son iki ildə hara baxsaq, dağıntılarla, faciələrlə, ürək ağrıdan müharibə və insanlığa qarşı cinayətlərlə qarşılaşırıq”.
Teleqraf xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Qanayan yaraları sarımırlar. Problem varsa, məsuliyyət də var. Bu məsuliyyətdən qaçmağa çalışmaq boş bir cəhddir. Kim bütün bu zülmlərə qarşı çıxmasa, törədilən cinayətlərə şərikdir. Müsəlmanlar olaraq daha çox vaxt itirmədən birlik və həmrəylik içində hərəkət etməyimiz zəruridir. Fikir ayrılıqlarımızı bir kənara qoyaraq, aramızda səpilən nifaq toxumlarının çiçəklənməsinə imkan verməyərək, həmrəyliyimizi gücləndirməyimiz zəruridir”, - dövlət başçısı bildirib.