Azərbaycan Karate Federasiyasının (AKF) nəzdində "Xankəndi" klubu yaradılıb.
Fanat.Az xəbər verir ki, məlumatı AKF-nin mətbuat xidməti yayıb.
Murad Səmədzadə klubun rəhbəri və baş məşqçisi təyin olunub.
Bu mühüm addım bölgədə idmanın inkişafına, gənclərin sağlam ruhda yetişməsinə və milli dəyərlərimizin təbliğinə xidmət edəcək.
Qeyd edək ki, klub Xankəndi şəhərində fəaliyyət göstərəcək.