RU

Bu gün sertifikasiya imtahanında iştirak edən müəllimlərin sayı açıqlandı

Bakı. Trend:

Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin testimtahanı mərhələsi keçirilib.

Bu barədə Trend-ə MÜTDA məlumat verib.

Bildirilib ki, iyunun 20-də təhsilverənlərin təkrarsertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi təşkilolunub. Test imtahanları 18 şəhər üzrə 39 imtahan mərkəzini əhatəedib. İmtahanda 3300 nəfər müəllim iştirak edib, 90% davamiyyətqeydə alınıb.

Diqqətə çatdırılıb ki, bu gün təşkil olunan təhsilverənlərinsertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsininapellyasiya müraciətlərinin qəbuluna 20 iyun saat 19:00-danetibarən başlanılacaq.

Qeyd edilib ki, proseslə bağlı müraciətləri olan müəllimlərportal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxilolmaqla ünvanlaya bilərlər.

Müraciətlər 72 saat (3 gün) ərzində qəbul olunacaq.Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

Избранный
10
28
az.trend.az

10Источники