Futbol üzrə Azərbaycanın qadınlardan ibarət millisinin heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv iyunun 25-dən iyulun 2-dək Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı keçəcək.
Komanda hazırlıq müddətində yerli yığma ilə iki yoldaşlıq oyunu keçirəcək. İlk görüş iyunun 28-də Jodinodakı “Torpedo” stadionunda, ikinci qarşılaşma isə iyulun 1-də Minskdə yerləşən “Traktor” stadionunda təşkil olunacaq.