RU

“DTX-nın Qaxda keçirdiyi əməliyyat dövlətimizin korrupsiyaya qarşı mübarizədəki prinsipiallığından xəbər verir”

KİV-də yer alan məlumatlara görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirirb, icra başçısı və müavinlər saxlanılıb. Hələlik məlum əməliyyat və onun detalları ilə bağlı rəsmi məlumat verrilməsə də, əməliyyatın rüşvət və korrupsiyaya qarşı mübarizə çərçivəsində həyata keçirildiyi ehtimal olunur.

Xatırladaq ki, DTX ötən illərdə də bir sıra icra başçılarının həbsini həyata keçirib, onların yol verdiyi qanun pozuntuları ilə bağlı inkaredilməz sübutlar təqdim edib.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas Əliməmməd Nuriyev DTX-nın korrupsiyaya qarşı apardığı mübarizənin mühüm əhəmiyyət kəsb etdiyini bildirib:

“Ölkəmizdə rüşvət və korrupsiyaya qarşı mübarizə ilə bağlı qəti iradə, aydın strategiya var. Məhz bu mübarizə çərçivəsində orrupsiyaya qurşanan məmurlara qarşı mütəmadi şəkildə analoji tədbirlər həyata keçirilir. DTX-nın Qax Rayon İcra Hakimiyyətində həyata keçirdiyi əməliyyat tədbiri buna nümunədir.

DTX əvvəlki illərdə də yüksək vəzifəli şəxslərin cinayət başında saxlanılmasını həyata keçirib. Bu cür tədbirlər DTX tərəfindən mütəmadi olaraq gerçəkləşir. Bunu korrupsiyaya qarşı mübarizənin mahiyyəti də tələb edir. Çünki korrupsiyaya qarşı mübarizə fasiləsiz olmalıdır.

İstənilən bir məmur korrupsiyaya yol verirsə, onun bu addımı dövlət orqanlarına inam və etibarın azalmasına gətirib çıxarır. Buna görə də dövlət bu cür hallara qarşı ciddi mübarizə aparır və bundan sonra da mübarizə aparacaq.

Bu baxımdan DTX-nın məlum istiqamətdə həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir və dövlət maraqları, eləcə də dövlət başçısının tapşırıq və göstərişlərinin icrası baxımından mühüm əhəmiyyət kəsb edir”.

Seymur ƏLİYEV

Избранный
12
moderator.az

1Источники