RU

Avropa Rusiya qazından imtinaya görə 200 milyard avro itirib

Avropa

“Təkcə Rusiya qazından imtinaya görə Avropa ölkələri təxminən 200 milyard avro itirib”.

Reyting.az
xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında deyib.

Onun sözlərinə görə, Avrozonaya qazdan imtinadan dəyən ziyan təxminən 200 milyard avrodur.

Bundan əvvəl Macarıstanın Xarici işlər naziri Avropa Komissiyasının Rusiyadan gələn qazdan imtina planlarına qarşı mübarizə aparmaq niyyətində olduğunu bəyan edib.

V. QULİYEV
Избранный
32
1
reyting.az

2Источники