Ermənistanın baş naziri Nikol Paşinyan İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli əlaqələrin normallaşmasını müzakirə edib.
Missiya.Az “Report”-a istinadən xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.
Onun sözlərinə görə, tərəflər həmçinin regional inkişafları və davamlı dialoqun əhəmiyyətini müzakirə ediblər.
Qeyd edək ki, tərəflər arasında görüş yekunlaşıb.