RU

Tehranın şərqində 5,5 bal gücündə zəlzələ baş verib

İranın paytaxtı Tehranın şərqindəki Semnan əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İranın Milli Seysmologiya Mərkəz məlumat yayıb.

Zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Zəlzələnin Tehranın şərqindəki rayonlarda da hiss olunduğu bildirilsə də, mümkün dağıntılar barədə məlumat verilməyib.

Избранный
20
1
operativmm.az

3Источники