Bir neçə gün əvvəl itkin düşən Cəlilabad rayon sakini tapılıb.
Modern.az APA-ya istinadən xəbər verir ki, Cəlilabad rayonunun Seyidbazar kənd sakini, 2004-cü il təvəllüdlü Əlisa Hüseynağa oğlu Mirzəyevin polis əməkdaşlarının keçirdikləri tədbirlərlə paytaxt ərazisində tapılıb.
Onun olduğu yer müəyyən edilib və ailəsinə təhvil verilib.