RU

İsveçrə və Avstraliya səfirliklərini Tehrandan Azərbaycana köçürüb

İsveçrənin İrandakı səfiri Tehranı tərk edib.

Musavat.com xəbər verir ki, məlumatı İsveçrənin xarici işlər naziri İqnazio Kassis açıqlayıb. Məlumata əsasən səfir Tehranda səfirliyin qalan yeddi üzvü ilə birlikdə Azərbaycana gəlib.

Səfirliyin müvəqqəti bağlanması qərarından sonra səfirliyin beş üzvü artıq ailələri ilə birlikdə şəhəri tərk edib. Avstraliya və Slovakiya da Tehrandakı səfirliklərini bağlayır. Slovakiya bu qərarını regionda vəziyyətin gərginləşməsi ilə izah edib.

Avstraliyanın xarici işlər naziri Penni Vonq deyib ki, Avstraliya hərbi təyyarələri Yaxın Şərqə yerləşdirilib və İran üzərində hava məkanı açıldığı zaman öz vətəndaşlarının təxliyyəsinə kömək etməyə hazırdırlar. BBC-nin məlumatına görə, Vonq vurğulayıb ki, bu təyyarələr hərbi əməliyyatlarda iştirak etməyəcək.

Diplomatik missiyanın heyəti hələlik Azərbaycanda olacaq və bu ölkə ilə İran sərhədinə çatan avstraliyalılara yardım göstərəcək.
Qeyd edək ki, İsrail- İran münaqişəsi başladıqdan sonra xeyli sayda ölkə səfirliklərini Bakıya yerləşdirib.

 

Musavat.com

Избранный
30
38
musavat.com

10Источники