RU

Cenevrədə kritik görüş – İran növbəti danışıqlara razılıq verdi...


İsveçrənin Cenevrə şəhərində İran və Avropa ölkələri arasında yüksək səviyyəli görüş keçirilib. Görüşdə İranın xarici işlər naziri Abbas Ərakçi, Almaniyanın xarici işlər naziri Yohann Vadeful, İngiltərənin xarici işlər naziri David Lammi, Fransanın xarici işlər naziri Jan-Noel Barro, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas və onu müşayiət edən nümayəndə heyətləri iştirak edib.

Dünyanın diqqətlə izlədiyi görüşdə İranın nüvə proqramı və İsrailin İrana hücumları ilə başlayan münaqişələr müzakirə edilib.

Görüşdən sonra açıqlama verən Abbas Ərakçi “İranın təcavüzə son qoyulduqdan və təcavüzkar cinayətlərinə görə cavab verdikdən sonra diplomatiyanı yenidən qiymətləndirməyə hazır” olduğunu deyib. Ərakçi İran özünün müdafiə imkanlarının müzakirə mövzusu olmadığını çox açıq şəkildə ifadə etdiklərini deyib.

O, E3 və Aİ ilə danışıqların davam etdirilməsini dəstəklədiklərini və yaxın gələcəkdə yenidən görüşə hazır olduqlarını bildirib.

Almaniyanın xarici işlər naziri isə, onlarda İranın bütün vacib məsələlərin müzakirəsini davam etdirməyə hazır olduğu təəssüratları yarandığını deyib. Fransanın xarici işlər naziri isə İranın nüvə probleminin yalnız dialoq yolu ilə həll oluna biləcəyini deyib: “Hərbi əməliyyatlar İranın nüvə proqramını poza bilər, lakin onlar onu dayandıra bilməzlər. İranın ABŞ da daxil olmaqla, dialoqa açıq olmasını gözləyirik".

TAHİR

Избранный
15
baki-xeber.com

1Источники