RU

“Apple” Trampın tələbinə qarşı çıxdı

Tayvanın texnologiya nəhəngi "Foxconn", Hindistanda "Apple" üçün məhsul istehsalını əhəmiyyətli şəkildə genişləndirir. Şirkət ilk dəfə olaraq "iPhone" modelləri üçün metal korpusların yerli istehsalına start verir.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı "The Economic Times" yayımlayıb. Bildirilir ki, bu addım "Apple"ın Hindistandakı istehsal strategiyasının inkişafı baxımından vacib olsa da, cihazın dəyərinə təsiri məhdud olacaq – çünki korpus ümumi material xərclərinin cəmi 2-3%-ni təşkil edir. Analitiklərə görə, "Foxconn"un Hindistanda yaratdığı ümumi əlavə dəyər 10%-i keçməyəcək.

Hazırda bu məqsədlə yeni istehsal bölməsinin inşası davam edir.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ sabiq prezidenti Donald Tramp, "Apple"dan istehsalı ölkə daxilində həyata keçirməyi tələb etmişdi. Əks halda, şirkətin rəhbəri Tim Kuka qarşı 25 faizlik tarif tətbiq olunacağı ilə hədələnmişdi.


Telegram kanalımız
Избранный
16
yenisabah.az

1Источники