RU

"Mançester Yunayted"dən ayrılıb "Everton"a keçdi

"Mançester Yunayted"in akademiyasının direktoru Nik Koks postundan ayrılıb. 

Fanat.Az xəbər verir ki, informasiyanı "qırmızı şeytanlar"ın rəsmi saytı yayıb.

Koksun idman direktoru qismində digər Premyer Liqa təmsilçisi "Everton"a qoşulacağı bildirilib.

Qeyd edək ki, sözügedən mütəxəssis 2016-cı ildən MY-də işləyirdi. O, klubun akademiyasına 2019-cu ildən rəhbərlik edirdi. Nikin direktor olduğu dönəmdə klubun 35 yetirməsi əsas komandada oynamaq şansı qazanıb.

Nihat

Избранный
7
1
fanat.az

2Источники