Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin (HHQ) pilotsuz uçuş aparatları (PUA) ikinci briqadasının komandiri İsrail zərbələri nəticəsində məhv edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə məlumat İsrail Müdafiə Qüvvələrinin (IDF-SAXAL) rəsmi "Telegram" kanalında yayılıb.
"Dünən (cümə günü) İsrail HHQ zərbə endirərək SEPAH HHQ-nin ikinci dron briqadasının komandiri Aminpur Cudakini məhv edib", - məlumatda deyilir.
Qeyd olunur ki, Cudaki bu vəzifəyə SEPAH HHQ-nin dron qərargahının komandiri Tahir Purun 13 iyun 2025-ci ildə məhv edilməsindən sonra təyin olunub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.