ain.az xəbər verir, Tribuna saytına əsaslanaraq.
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Laçına səfəri ilə bağlı “X” hesabında paylaşıb edib.
Tribunainfo.az xəbər verir ki, paylaşımda deyilir:
“Diplomatik korpusla Laçına səfər etdik. Laçın hava limanına endik, sabah Şuşa və Ağdam proqramı ilə davam edəcəyik. Bakıya Ağdam-Bakı qatarı ilə qayıdacayıq”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.