RU

Eldar Əzizov Mövsüm Hüseynovu yüksək vəzifəyə təyin etdi

BAKI, 21 iyun. TELEQRAF

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinə yeni direktor müavini təyin olunub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, bu barədə BŞİH-nin başçısı Eldar Əzizov əmr imzalayıb.

Əmrə əsasən, Mövsüm Hüseynov qurumun direktor müavini vəzifəsinə gətirilib. O, bunda əvvəl həmin departamentin Səyyari (mövsumi) ticarət, ictimai iaşə, məişət və digər xidmət fəaliyyəti üzrə sektorunun müdiri işləyib.

Qeyd edək ki, BŞİH-nin Ticarət və Xidmət Departamentinin bundan əvvəlki direktor müavini Coşqun Cəbrayılov bir müddət əvvəl Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyinat alıb.

Избранный
23
teleqraf.com

1Источники