RU

AYİB Milli hidrogen strageiyasının gerçəkləşdirilməsində Azərbaycana dəstək olacaq

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Milli hidrogenstrageiyasının gerçəkləşdirilməsində Azərbaycana dəstəkgöstərəcək.

Trend bu barədəAYİB-ə istinadən xəbər verir.

“Azərbaycan aşağıkarbonlu hidrogen sektorunun inkişafı üçünəlverişli şəraitə malikdir: Xəzər dənizində və ölkənin şərqhissəsində perspektivli bərpa olunan enerji mənbələri, həmçinin“Şahdəniz” kimi təbii qaz yataqlarına birbaşa çıxış mövcuddur. Beləəlverişli şərait həm ‘yaşıl’, həm də ‘mavi’ hidrogenin istehsalıüçün əsas yaradır və yığılan karbonun tükənmiş qaz yataqlarındasaxlanması imkanını təmin edir. Bu sayədə ölkədə istehsal edilənhidrogenin qiymət baxımından rəqabətədavamlı olması təmin ediləcək,xüsusilə külək və günəş enerjisindən optimallaşdırılmış istifadəhalında, bu hidrogenin dəyəri Avropa İttifaqının əksər ölkələri ilərəqabət aparacaq səviyyədə olacaq”, – AYİB-in bəyanatındabildirilir.

Bankdan qeyd edilir ki, ixrac potensialı ilə yanaşı, daxilihidrogen istehlakı da Azərbaycan üçün strateji perspektivləraçır.

“Hidrogenin sənayeyə inteqrasiyası çətin karbonsuzlaşdırılansahələrin karbonsuzlaşdırılmasına imkan verəcək və ölkənintullantıların azaldılması üzrə milli hədəflərininreallaşdırılmasına töhfə verəcək. Cənub Qaz Dəhlizi hidrogeninAvropaya ixracı üçün mühüm marşrut rolunu oynayır və bu məqsədləregional tərəfdaşlarla əməkdaşlıq tələb olunacaq. Azərbaycanınistixana qazlarının emissiyasının azaldılması öhdəliyi – müəyyənedilmiş milli töhfə (NDC) və Aşağıkarbonlu İnkişaf üzrə MilliStrategiya layihəsi ilə təsdiqlənmişdir – ölkənin hidrogeniqtisadiyyatının inkişafına can atmasından xəbər verir. Milli YolXəritəsi və strateji investisiyalar Azərbaycanı qlobal hidrogenbazarının liderlərindən birinə çevirə bilər”, – deyə AYİBvurğulayır.

Məlumata görə, əsas məqsəd Azərbaycan hökumətinə ölkəninhidrogen sektorundakı potensialının reallaşdırılması və COP29zamanı təqdim olunmuş strategiyanın hədəflərinə çatmaq üçün tövsiyəedilən tədbirlərin planlaşdırılmasında dəstək göstərmək üçün zəruriməlumatların təqdim olunmasıdır.

Избранный
3
1
az.trend.az

2Источники