RU

Aİ və ABŞ Xamneyinin devrilməsi ilə bağlı gizli danışıqlar aparır -"CBS News"

CBS News diqqət çəkən xəbər yayıb. Nəşr öz mənbələrinə istinadən yazıb ki, ABŞ və Avropa İttifaqından olan diplomatlar hazırkı İran hökumətinin devrilməsi ehtimalından sonra Tehranda növbəti lideri kimi görmək istədiklərini müzakirə edirlər.

"Amerika və Avropa diplomatları təsdiqləyiblər ki, İrana növbəti illərdə kimin rəhbərlik edəcəyi ilə bağlı məxfi danışıqlar gedir. Onlar nüvə obyektləri və materiallarının təhlükəsizliyinin təmin olunub-olunmayacağını, həmçinin nüvə obyektlərinə hərbi zərbələrin regional müttəfiqlər üçün mümkün ətraf mühit və sağlamlıq cəhətdən hansı nəticələrə gətirib çıxaracağını müzakirə edirlər", - deyə kanal xəbər verir.

Məqalədə həmçinin 86 yaşlı ali dini lider Əli Xamneyinin başçılıq etdiyi hazırkı İran hakimiyyətinin İranı nə dərəcədə effektiv idarə etmək iqtidarında olması ilə bağlı müzakirələrin aparıldığı vurğulanır.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.

Tural

Избранный
7
news365.az

1Источники