RU

Artıq prezidentlər də ABŞ-nin İranı vuracağını deyirlər

Amerika Birləşmiş Ştatları çox güman ki, İrana zərbə vurmağa hazırlaşır. Bunu Serbiya Prezidenti Aleksandr Vuçiç TV Prva telekanalının efirində deyib.


“Mən düşünürəm ki, amerikalılar hücuma hazırlaşırlar. Amma ümid edirəm ki, bu, baş tutmayacaq”, - o qeyd edib.


Vuçiç onu da vurğulayıb ki, üçüncü Amerika təyyarədaşıyan gəmisi təkcə Hind okeanına deyil, İranın özünə də xeyli yaxınlaşıb”. Eyni zamanda o, razılaşmanın əldə oluna biləcəyini də istisna etməyib.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.

Tural

Избранный
8
news365.az

1Источники