RU

"Putin 102-ci bazaya görə Ermənistanı da öz ərazisi sayır!" -Artur

Rusiya prezidenti Vladimir Putinin dünən rus əsgərləri ilə bağlı səsləndirdiyi el məsəli Ermənistanda birmənalı qarşılanmayıb. Yerli saytlar bu siyasi mesajın İrəvan üçün də təhlükə yaratdığını yazır, ekspertlər isə həyəcan təbili çalırlar. Məsələn, hüquq müdafiəçisi Artur Sakunts deyib: “Budur, Rusiya diktatoru Putin bəyan edir ki, “Rus əsgəri ayağını hara basarsa, o ora bizim torpaq sayılır”. Ukraynada, Krımda. Qara dənizdə rus donanmasının, bazasının olmasını nəzərə alsaq demək bu ərazilər onundur.

Ermənistanda rus əsgərləri artıq 102-ci Rusiya hərbi bazasına ayaq basıblar. Nəinki ayaq basıblar, müstəqillik əldə etdikdən sonra bu ərazilərdən getmədilər ki, yenidən həmin torpaqlarda addımlamaq məcburiyyətində qalmasınlar... Putinin fikrincə, Ermənistan da onlarındır. Belə əhval-ruhiyyə Putinin orta əsr diktatoru kimi aqressiv siyasətinin növbəti parlaq və birmənalı ifşasıdır”.

Tural

Избранный
10
news365.az

1Источники