RU

Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək

Bu gün Bakıda ilk dəfə olaraq UFC turniri təşkil olunacaq.

Modern.az xəbər verir ki, Bakı Kristal Zalında keçiriləcək döyüş gecəsi saat 20:00-da başlayacaq.

Gecənin əsas döyüşləri saat 23:00-dan etibarən start götürəcək. Əsas qarşılaşma keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında olacaq. Gecənin ikinci ən vacib döyüşü Azərbaycan təmsilçisi Rafael Fiziyevlə çilili İqnasio Bahamondes arasında yüngül çəkidə baş tutacaq.

Turnir çərçivəsində, həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onlar, müvafiq olaraq, braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbayla qarşılaşacaqlar.

UFC gecəsində baş tutacaq görüşlər

İlkin döyüşlər

Yarım yüngül çəki: İrina Alekseyeva (Rusiya) - Klaudiya Siqula (Polşa)

Yarım orta çəki: Sok Hyön Ko (Cənubi Koreya) - Oban Elliott (Uels)

Ağır çəki: Hamdi Abdel Vahab (Misir) - Muhammad Usman (Nigeriya)

Yarım yüngül çəki: Melissa Mallins (İngiltərə) - Darya Jeleznyakova (Rusiya)

Orta çəki: İsmail Naurdiyev (Mərakeş) - Pak Çun Yon (Cənubi Koreya)

Super yüngül çəki: Taqir Ulanbekov (Rusiya) - Maksum Azat (Qazaxıstan)

Əsas döyüşlər

Yarım yüngül çəki: Məhəmməd Nayimov (Tacikistan) - Boqdan Qrad (Avstriya)

Yüngül çəki: Nazim Sadıxov (Azərbaycan) - Nikolas Motta (Braziliya)

Ağır çəki: Körtis Bleyds - Rizvan Kuniyev (Rusiya)

Yüngül çəki: Tofiq Musayev (Azərbaycan) - Mıktıbek Orolbay (Qırğızıstan)

Yüngül çəki: Rafael Fiziyev (Azərbaycan) - İqnasio Bahamondes (Çili)

Yarım ağır çəki: Camal Hill (ABŞ) - Xalil Rauntri (ABŞ)

Избранный
6
27
modern.az

10Источники