RU

Damson İdrisdən etiraf: Bred Pittin üzünə tüpürdüm!

ain.az, Kulis.az portalına istinadən məlumat yayır.

Rejissor Cozef Kosinskinin "F1: The Movie" filmində Bred Pittlə birgə baş rolları paylaşan Damson İdris ekran əsərindəki bir səhnə ilə bağlı "The Late Show with Stephen Colbert" verilişində etiraf edib.

Kulis.az xəbər verir ki, 33 yaşlı aktyor filmdəki bir səhnədə Bred Pittin üzünə tüpürdüyünü deyib:

“Bir dəfə Pittin üstünə qışqırmalı olduğum bir səhnə çəkirdik və bu mənim üçün filmdəki ən böyük səhnə idi. Çox gərgin idim. Çəkiliş zamanı bilmədən Bred Pittin üzünə tüpürdüm. Qəzəbli olmalı olduğum bir səhnə çəkirdik. Bu hadisədən sonra onun üzünə tüpürdüyüm üçün filmdən qovulacağımdan qorxurdum. Pitt bu hadisədən sonra çox təəccüblənsə də, peşəkar kimi davranaraq heç nə olmamış kimi səhnəni çəkməyə davam etdi”.

Qeyd edək ki, İMAX formatında təqdim olunacaq film 27 iyun 2025-ci ildə kinoteatrlarda nümayiş olunacaq.

Ceki Çan təltif olundu

Məşhur musiqiçi intihar etdi

“İRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
7
kulis.az

1Источники