RU

İran-İsrail savaşı tarazlığı dəyişdi: Bu ölkələrdən üz çevirib Türkiyəyə axın edirlər

13 iyun tarixində başlayan İran-İsrail savaşı regionda yalnız siyasəti deyil, turizm sektorunu da sarsıdıb. Münaqişə səbəbilə təhlükəsizlik axtarışında olan Rusiya və MDB ölkələrinin turistləri üzünü Türkiyəyə çevirib.

Publika.az xəbər verir ki, bu barədəTürkiyə mətbuatı yazıb.

Sektor nümayəndələrinin məlumatına görə, Antalya istiqamətində turların satışında təxminən 15 faiz artım qeydə alınıb.

Bu artımda Yaxın Şərqin hava məkanındakı böyük böhran mühüm rol oynayıb. Misir və Birləşmiş Ərəb Əmirlikləri kimi turizmdə önə çıxan ölkələrə hava səyahətləri marşrutların dəyişməsi səbəbindən çətinləşib.

Избранный
26
1
publika.az

2Источники