RU

Qüdrət Həsənquliyev: Naxçıvanın muxtar respublika statusunu ləğv etmək lazımdır

BAKI, 21 iyun. TELEQRAF

"Naxçıvanın muxtar respublika statusunu ləğv etmək barədə düşünməliyik".

Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Qüdrət Həsənquliyev iyunun 21-də parlamentdə “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununa təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

"Müzakirələr aparılmalıdır ki, Naxçıvanda Muxtar Respublikanın saxlanılmasına ehtiyac varmı? Orada muxtariyyətin ləğvi barədə düşünmək lazımdır. Naxçıvanda xidmət sahələri yaradılmalıdır. Maksimum çalışmaq lazımdır ki, idarəetmə xərcləri azalsın. Azərbaycan Konstitusiyasına dəyişiklik etdikdən sonra Naxçıvan barədə də düşünməliyik", - o bildirib.

Избранный
46
4
teleqraf.com

5Источники