RU

“Bu müharibədə hər iki xalq siyasi oyunların qurbanıdır” Hərbi ekspert

ABŞ-ın keçmiş prezidenti Donald Trump hazırda heç bir aktiv diplomatik təşəbbüs göstərmir və mövcud gərginliyin qarşısının alınması üçün ciddi cəhdə əl atmır.

Bu fikirləri hərbi ekspert Üzeyr Cəfərov News365.az-a açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, hətta İran rəsmilərinin dediyi kimi, Trumpın bircə telefon zəngi belə kifayət edərdi ki, İsrailin baş naziri Benjamin Netanyahu bu prosesi dayandırsın:

“Bu müharibədə həm İsrail, həm də İran xalqları müəyyən siyasi dairələrin oyunlarının qurbanına çevriliblər. Hər iki ölkədə elə qüvvələr var ki, bu qarşıdurmada maraqlıdırlar və prosesi öz mənafeləri prizmasından qiymətləndirirlər,” – deyə o bildirib.

Ekspert ABŞ-ın bu məsələyə yanaşmasını da tənqid edib:
“Amerika rəsmilərinin verdiyi bəyanatlara diqqət etsək görərik ki, İranın ali liderinin (Xameneyi) artıq Tehranda olmadığı məlumdur. Müharibənin 13-də başlamasından iki gün sonra o, Əfqanistan istiqamətində yerləşən sığınacaqlardan birinə təxliyə edilib. Amma ABŞ rəsmiləri, o cümlədən Trump və onun yaxın çevrəsi, Xameneyinin harada olduğunu bildiklərini iddia edir və onu təzyiq altında kapitulyasiyaya məcbur etməyə çalışırlar,” – deyə Cəfərov əlavə edib

Избранный
8
news365.az

1Источники