Yazını böyüt
Yazını kiçilt
“Konstitusiya qanununda dəyişiklik idarəetmənin operativliyini təmin edəcək, sosial-iqtisadi inkişafına yeni imkanlar yaratmaqla, müsbət təsirini göstərəcək”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyir.
Qeyd edək ki, qanunda iki yeni maddənin əlavə edilməsi, bir maddənin çıxarılması, bir neçə məsələdə dəyişiklik edilməsi nəzərdə tutulur. Qanunda Naxçıvanın Azərbaycan respublikasının ayrılmaz tərkib hissəsi olması öz təsdiqini tapıb.