RU

Bu meyvələri birlikdə YEMƏYİN

ain.az bildirir, News24 saytına əsaslanaraq.

Bəzi meyvələrin birlikdə yeyilməsi həzm sisteminin düzgün işləməsini maneə törədə bilər.

News24.az xəbər verir ki, portağal və banan kimi turş və şirin meyvələri qarışdırmaq şişkinliyə səbəb ola bilər.

Banan və avokado kimi nişastalı və zülalla zəngin meyvələr isə həzm pozğunluğu yaradır.

Portağal, çiyələk və alma kimi turş, yaxud turşaşirin meyvələr daha tez həzm olunur, banan və əncir kimi şirin meyvələrin həzmi isə uzun çəkir. Onları qarışdıranda mədədə mayalanma yaranır, bu da qaz, şişkinlik və hətta ishala səbəb ola bilər.

Nişastalar qələvi həzm mühitini, zülallar isə turşu tələb edir

Ona görə də, mədədə onları birləşdirəndə biokimyəvi tıxac yaranır. Həzm sistemi çoxlu funksiyaları yerinə yetirməyə məcbur olur, bu da həzm pozğunluğuna, qida maddələrinin zəif udulmasına və yorğunluğa səbəb ola bilər.

Yemiş tərkibindəki çox miqdarda su olduğuna görə ən tez həzm olunan meyvələrdəndir. Alma və ya armud kimi daha yavaş həzm olunan meyvələrlə qarışdırıldıqda, qıcqırma baş verir. Yemiş ümumiyyətlə heç bir meyvə ilə qarışdırılmadan tək yeyilməlidir./Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
45
2
news24.az

3Источники