Şirvanda betonqarışdıran avtomobilin dəmir yolu körpüsünü dağıtması ilə bağlı görüntülər yayılıb.
Demokrat.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə betonqarışdıran avtomobilin körpünün altından keçə bilmədiyi əks olunub. Bu səbəbdən də körpünün qəzalı vəziyyətə düşdüyü bildirilib.
“Azərbaycan Dəmir Yolları” QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, qıza nəticəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib.
“Ötən gün axşam saatlarında Şirvanda “Mercedes” markalı 90 JT 063 nömrəli yük avtomobilinin sürücüsü dəmir yolu ötücüsünə yaxınlaşarkən hündürlüyün məhdudlaşdırılması ilə bağlı yol nişanının tələblərinə məhəl qoymayaraq hərəkətini davam etdirib, nəticədə yük avtomobili yol ötürücüsündə aşırımlara ilişərək qalıb.
Hadisə nəticəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib. Qeyd edilən ərazidə yük qatarlarının hərəkəti tam məhdudlaşdırılıb”, - məlumatda qeyd olunub.
ADY-dən, həmçinin bildirilib ki, qatarların hərəkətinin bərpası istiqamətində tədbirlər görülür.




10Источники
-
qafqazinfo.azHündürlüyü doğru hesablamadı, körpünü dağıtdı Fotolar ( 18483310)
-
konkret.azHündürlüyü doğru hesablamadı, körpünü dağıtdı – Fotolar ( 18482428)
-
qafqazinfo.azHündürlüyü doğru hesablamadı, körpünü dağıtdı - Fotolar ( 18482029)
-
ucnoqta.azBetonqarışdıran maşın körpünü dağıtdı - Hərəkət məhdudlaşdırıldı-Fotolar ( 18481900)
-
demokrat.azBetonqarışdıran maşın körpünü dağıtdı — Hərəkət məhdudlaşdırıldı (FOTOLAR) ( 18480253)
-
olke.azBetonqarışdıran maşın körpünü dağıtdı - Hərəkət məhdudlaşdırıldı ( 18479254)
-
qafqazinfo.azBetonqarışdıran maşın körpünü dağıtdı - Hərəkət məhdudlaşdırıldı-Fotolar ( 18479158)
-
sia.azŞirvanda yük avtomobili qatar yolunda qalıb FOTOLAR ( 18478363)
-
operativmedia.azADY: Şirvanda yük qatarlarının hərəkəti tam məhdudlaşdırılıb ( 18478003)
-
az.trend.azYük avtomobili dəmiryol infrastrukturuna ciddi ziyan vurub - ADY ( 18477991)