RU

Paşinyan Ərdoğanı Ermənistana səfərə dəvət edəcək

Ajans.az xəbər verir ki, Paşinyan bu istəyini İstanbulda erməni icmasının nümayəndələri ilə görüşündə dilə gətirib. “Mən Türkiyə Prezidentini gələn ilin yazında Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Ermənistana səfərə dəvət etmək niyyətindəyəm”, - deyə Baş nazir bildirib. Onun sözlərinə görə, sammit həm də Ankaranın yardımı ilə baş tutacaq, çünki Türkiyə bu formatın üzvüdür. “Sammitin tarixi hələ dəqiqləşdirilir. Ümid edirəm ki, gələn il İrəvanda Türkiyə Prezidenti ilə görüş baş tutacaq”, - deyə Nikol Paşinyan əlavə edib. Qeyd edək ki, Avropa Siyasi Birliyinin 8-ci sammitinin 2026-cı ilin yazında Ermənistanda keçirilməsi planlaşdırılır.

Bir müddət öncə, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta sammitin 2026-cı ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ildə isə Azərbaycan və Latviyada keçiriləcəyini elan edib.

Избранный
10
2
Ajans.az

10Источники