RU

DTX-dan "Konstitusiya və Suverenlik İli"nə töhfə...

Korrupsiyaya qarşı mübarizə konstitusiya və dövlətçiliyimizin təməlini necə gücləndirir?

Dünən Dövlət Təhlükəsizliyi Xidmətinin  (DTX) Qax Rayon İcra Hakimiyyətində həyata keçirdiyi həbslər - icra başçısı və bir sıra digər yetkililərin saxlanılması cəmiyyətdə və mediada böyük maraqla qarşılanıb. Baş verənlərə ictimai marağın bu qədər yüksək olmasına səbəb isə anti-korrupsiya tədbirləri çərçivəsində saxlanılan şəxslərin yüksək çinli məmurlar kateqoriyasına aid olmasıdır.

DTX-nın Qaxda keçirdiyi əməliyyat korrupsiyaya qarşı mübarizə çərçivəsinsə gerçəkləşən bir tədbir olsa da, əslində bu tədbirin konstitusiya və dövlətçilik baxımından da önəmi olduqca böyükdür.

Hər şeydən öncə qeyd edək ki, bu əməliyyat dövlətimizin rüşvət və korrupsiyaya qarşı mübarizədə sərgilədiyi prinsipiallığı, qətiyyət və davamlılığı əks etdirir. DTX-nın Qax Rayon İcra Hakimiyyətindəki əməliyyatı göstərir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə formal və ya ötəri deyil, sisitemli və mütəmadi xarakter daşıyır. Hansı ki, bu, daxili ictimaj mühitin, eləcə də xalq-dövlət münasibətlərinin daha da sağlamlaşdırılması və şəffaflaşması baxımından son dərəcə əhəmiyyətlidir.

Bununla yanaşı, DTX-nın bu əməliyyatı konstitusiya və dövlətçiliyimizin təməlinin daha da güclənməsi baxımından mühüm önəm kəsb edir. Çünki rüşvət və korrupsiyanın konstitusyon dəyərlər, insan hüquqları, dövlət maraqları ilə daban-dabana zidd olduğu, dövləti daxilən sarsıtdığı, qanunçuluğu zəiflətdiyi, cəmiyyətdə qanunların aliliyinə inamı azaltdığı birmənalıdır. Bu mənada DTX-nın Qax Rayon İxra Hakimiyyətində həyata keçirdiyi həbslər, eləcə də sözügedən qurumun bundan öncəki analoji əməliyyatları “Konstitusiya və Suverenlik İli”nə layiqli töhfə hesab edilə bilər.

Dövlət qurumlarındakı neqativ hallara, mənfi meyillərə, qanunsuz əməllərə qarşı sistemli şəkildə aparılan bu mübarizə güclü, çiçəklənən Azərbaycanın inkişafına təkan verəcək, vətəndaşlarda dövlətin ədalətinə, qanun qarşısında hər kəsin bərabərliyi ideyasına inamı gücləndirəcək.

Seymur ƏLİYEV

Избранный
4
moderator.az

1Источники