RU

“Azərbaycan bunu dəstəkləyib, Ərdoğanı da dəvət edəcəm” - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan 2026-cı ildə İrəvanda Avropa Siyasi Birliyinin sammitinin keçirilməsi ideyasını Azərbaycanla yanaşı, Türkiyənin də dəstəklədiyini bildirib.

Publika.az xəbər verir ki, o, bu məlumatı İstanbulda erməni icması ilə görüşündə bölüşüb. Ermənistanın baş naziri sammitə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəvət etmək niyyətindədir və onun İrəvana səfər edəcəyinə ümid edir.

Bundan əvvəl Avropa Siyasi Birliyinin səkkizinci sammitinin 2026-cı ilin yazında Ermənistanda keçiriləcəyi bildirilirdi.

Bir gün əvvəl Ermənistan baş naziri ilk dəfə Türkiyəyə işgüzar səfər edib. Onun Ərdoğanla danışıqları İstanbulda baş tutub.

Избранный
11
publika.az

1Источники