RU

ANAMA işə qəbul elan edir

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə xüsusi təyinatlı nəqliyyat vasitələrini idarə etmək məqsədilə ekskavator operatoru vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir.

Bu barədə AZƏRTAC-a ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, namizədlər müvafiq vəsiqə və sertifikatlara malik olmalı, onların həmin sahədə 2 ilə qədər iş stajı olmalıdır.

Təminatlar:

 Əməkhaqqı ilə yanaşı çalışdığı müddət ərzində işçiyə səmərəli fəaliyyətinə görə mükafatların verilməsi;

 Gündə 3 dəfə yeməklə təmin edilmə;

 Yaşayış yeri ilə təmin olunma.

Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıdakı sənədləri [email protected] ünvanına göndərməlidir.

• müvafiq vəzifəyə sənədlərin təqdim edilməsinə dair ərizə;

• şəxsiyyət vəsiqəsinin surəti;

• təhsilə dair sənədlərin surəti (attestat, vəsiqə, sertifikat, arayış və s.);

• əmək kitabçasının surəti.

Sənəd qəbulu cari ilin 31 avqust tarixinədək həyata keçiriləcək.

Seçim zamanı işğaldan azad edilmiş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.

Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edilə bilər.

Избранный
4
6
yeniazerbaycan.com

10Источники