RU

Azərbaycan Aktauda keçirilən beynəlxalq müsabiqədə təmsil olunur

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Astana, 21 iyun, AZƏRTAC

Qazaxıstanın Aktau şəhərində “Aktau – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi çərçivəsində ilk dəfə olaraq “ModelCup – 2025” adlı modellərin beynəlxalq müsabiqəsi keçirilir.

AZƏRTAC Mangistau vilayətinin İctimai Kommunikasiyalar Mərkəzinə istinadla xəbər verir ki, tədbirdə Qazaxıstan, Azərbaycan, Özbəkistan, Qırğızıstan və Türkiyədən 80-ə yaxın model iştirak edir. Tədbirə Rusiyanın Tuva, Tatarıstan və Başqırdıstan respublikalarından da iştirakçılar gəliblər.

Müsabiqənin əsas məqsədi türk xalqlarının mədəniyyətini təbliğ etmək, milli modada müasir tendensiyaları tanıtmaq və modellərin məharətini göstərməkdir.

Bu genişmiqyaslı mədəni tədbir Türk dünyasının moda, incəsənət və birlik ruhunu yeni səviyyəyə yüksəltmək missiyasını daşıyır. Müsabiqədə 7-63 yaş arasında olan iştirakçılar moda səhnəsində milli geyimləri müasir üslub elementləri ilə birləşdirərək öz ölkələrinin mədəniyyətini nümayiş etdirirlər.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
azertag.az

1Источники