RU

Ötən il qan dövranı xəstəliklərindən ölənlərin sayı açıqlanıb

BAKI, 21 iyun. TELEQRAF

2024-cü ildə qan dövranı sisteminin xəstəlikləri səbəbilə 33 289 nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə məlumatlar Dövlət Statistika Komitəsinin "Azərbaycan rəqəmlərdə" adlı qısa məcmuəsində əks olunub.

Məlumatlara əsasən, travma və zəhərlənmələrdən ölüm sayı 2 714, tənəffüs sistemi xəstəliklərindən 1 450, yeni törəmələrədən isə 9 681 olub.

Qeyd edək ki, ümumi ölüm sayı isə 58 909 olub.

Избранный
44
teleqraf.com

1Источники