RU

Gündəlik həyatınız bu səbəbdən çətinləşə bilər DİQQƏT

Pravda.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Obsesif Kompulsif Pozuntu (OKP) – yəni obsesiv kompulsiv pozuntu, insanın təkrar olunan düşüncələr və hərəkətlərdən xilas ola bilmədiyi ciddi bir psixoloji narahatlıqdır. Xalq arasında “takıntı xəstəliyi” kimi tanınan bu pozuntu, şəxsin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır.

Pravda.az bildirir ki, bu pozuntu iki əsas mərhələdən ibarətdir: obsesiyalar və kompulsiyalar. Obsesiyalar insanın beynində təkrar-təkrar canlanan narahatedici fikirlərdir. Kompulsiyalar isə həmin fikirlərdən qurtulmaq üçün edilən məcburi hərəkətlərdir – məsələn, mikrop qorxusu yaşayan birinin tez-tez əl yuması kimi.

Ən çox rast gəlinən simptomlar:Mikrop və çirklənmə qorxusuAşırı təmizlik və əl yuma ehtiyacıDüzən və simmetriya ilə bağlı takıntılarDavamlı şübhələr (qapının kilidli olub-olmaması kimi)Say saymaq və müəyyən sözləri təkrar etmə ehtiyacı

OKP bəzən uşaqlarda və doğuş sonrası qadınlarda da müşahidə oluna bilər.

Səbəblər nələrdir?

OKP-nin dəqiq səbəbi bilinməsə də, bioloji və psixoloji faktorların təsiri olduğu düşünülür. Beyindəki kimyəvi maddələrin balanssızlığı və uzunmüddətli stress əsas səbəblər sırasındadır. Travmalar, ailə problemləri və ətraf mühit dəyişiklikləri də riski artırır.

Necə davranmalı?

Bu pozuntudan əziyyət çəkən insanlara qarşı anlayışlı olmaq çox vacibdir. Onları qınamaq və ya davranışlarına görə danlamaq əks təsir göstərə bilər. Ən düzgün yol – dəstək göstərmək və peşəkar yardım almağa təşviq etməkdir.

Müalicə yolları:

OKP-nin müalicəsində psixoterapiya – xüsusilə düşüncə-davranış terapiyası və antidepresan dərmanlar istifadə olunur. Bəzən bu üsulların birgə tətbiqi daha yaxşı nəticə verir. Çox ağır hallarda isə alternativ müalicələr – elektrokonvulsiv terapiya və ya neyrocərrahiyyə nəzərdən keçirilə bilər.

OKP təkcə fərdin deyil, ailəsinin və ətraf mühitinin də psixoloji rifahına təsir edə biləcək xəstəlikdir. Bu səbəblə erkən diaqnoz və müalicə olduqca vacibdir.Əminə Bayramova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
1
pravda.az

2Источники