"Real Madrid"in yarımmüdafiəçisi Daniel Sebalyos baş məşqçi Xabi Alonsonun ona olan münasibətindən narazı olduğu üçün "Kral klubu"nu tərk edə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport.es" yayıb.
Məlumata görə, Sebalyos klublararası dünya çempionatında "Əl-Hilal"a qarşı keçirdikləri oyunda (1:1) ehtiyatda qalmasından məyus olub. Mənbə sözügedən futbolçunun Alonsonun ona gələcəkdə də güvənməyəcəyini hiss etdiyini və iş yerini dəyişmək barədə düşündüyünü vurğulayıb.
Qeyd edək ki, 28 yaşlı Sebalyos son mövsümdə bütün turnirlərdə 41 matça çıxaraq 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı irta xətt oyunçusunun transfer qiymətini 10 milyon avro ilə dəyərləndirir.
Nihat