RU

FIFA Klub Dünya Kubokunda bir gözü ilə görən oyunçu oynadı

ABŞ-da keçirilən 2025-ci il FIFA Klub Dünya Kubokunda görmə qabiliyyəti məhdud olan oyunçu meydana çıxaraq oynayıb.

Arena.az məlumat verir ki, bu, “Sietl Saunders”in 22 yaşı ivuarlı sağ cinah hücumçusu Corci Minunqudur.

Minunqu yarışın qrup mərhələsinin 2-ci turunda Madrid “Atletiko”su ilə oyunda (1:3) iştirak edib. İvuarlı futbolçu ikinci hissədə əvəzetmədən meydana daxil olaraq, oyunun son 11 dəqiqəsini oynamaqla, yarışda debüt edib.

Minunqunun gözü ilə bağlı fəsadı 2023-cü ildə yaşanıb. “Sietl Saunders”lə İspaniyada toplanışda ikən, futolçunun gözünə infeksiya düşüb və bu tibbi müdaxilə tələb edib. Gözü şişmiş futbolçu cərrahi əməliyyat edilib. Gözü qoruyub-saxlamaq mümkün olsa da, Minunqu o vaxtdan həmin gözü ilə görmür.

Minunqu “Sietl Saunders”də 2024-cü ilin avqust ayından çıxış edir. İvuarlı futbolçunun MLS təmsilçisi ilə müqaviləsnin müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədədir. Minunqu daha əvvəl “Vişkov” və “Takoma Difayns”da çıxış edib.

Cari mövsümsə Minunqu “Sietl Saunders” üçün 18 oyuna 4 məhsuldar ötürmə ilə fərqlənib.

Minunqu milli komandaya cəlb edilməyib, həmçinin böyük futbolda heç bir qənimət qazanmayıb.

“Transfermarkt” internet-portalı 22 yaşı ivuarlı sağ cinah hücumçusunun transfer dəyərini 800 min avro məbləğində qiymətləndirir.

Избранный
6
arena.az

1Источники