RU

"İran heç vaxt nüvə silahına malik olmamalıdır" - Makron

Fransa prezidenti Emmanuel Makronla İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə Makron X sosial şəbəkəsində bildirib.

Fransa liderinin sözlərinə görə, o, Pezeşkianla söhbətində bəyan edib ki, İran nüvə silahına malik olmamalıdır və onun hökuməti niyyətlərinin dinc xarakter daşıması ilə bağlı aydın təminat verməlidir.

"Prezident Pezeşkianla söhbətim zamanı İranın nüvə proqramı ilə bağlı ciddi narahatlığımı bildirdim. Mənim mövqeyim aydındır: İran heç vaxt nüvə silahına malik olmamalıdır və o, öz hərəkətlərinin dinc xarakter daşıdığını sübut etməlidir. Əminəm ki, münaqişənin genişlənməsindən qaçmaq və daha ciddi təhlükələrin qarşısını almaq üçün bir yol var", - deyə o qeyd edib. 

Ağarza Elçinoğlu

Избранный
7
unikal.az

1Источники