RU

Tərsinə dayanan yol nişanı DYP tərəfindən qaydaya salındı VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sabirabad-Salyan yolunun 2.5 kilometrliyində yerləşən yol nişanı tərsinə çevrilib.

Bu barədə vətəndaşlardan biri  Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Kadrdan da məlum olduğu kimi, yol kənarına quraşdırılmış 1.2 xəbərdarlıq nişanı ("Şlaqbaumsuz dəmiryol keçidi" yol nişanı) tərsinə vəziyyətdədir. 

Avtosfer.az-ın məsələylə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməsindən bir saat sonra Sabirabad rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları hadisə yerinə gediblər.

Müayinə zamanı məlum olub ki, küləyin təsiri nəticəsində nişanı saxlayan boltlardan biri açıldığı üçün o tərsinə dayanıb. DYP əməkdaşları nişanı yerinə bərkidərək əvvəlki vəziyyətinə qaytarıblar.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
avtosfer.az

1Источники