RU

Füzulidə ferma sahibini öldürən şəxsə hökm oxundu

Bakı. Trend:

Füzulidə ferma sahibini öldürməkdə təqsirləndirilən AnarMahmudovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend xəbərverir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdəhökm oxunub.

Hökmə əsasən, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsincinayəti sübuta yetirilib və ona 10 il 6 ay müddətə azadlıqdanməhrum etmə cəzası təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında başverib.Təqsirləndirlən Anar Mahmudov şəxsi münasibət zəminində çobanişlədiyi fermanın sahibi Yaşar İbişovu qətlə yetirib.

Ona Cinayət Məcəlləsinin 120.1.-ci (Qəsdən adam öldürmə) maddəsiilə ittiham irəli sürülüb.

Избранный
14
az.trend.az

1Источники