Türkiyəli jurnalist Fatih Altaylı saxlanılıb.Bu barədə İstanbul Baş Prokurorluğundan bildirilib.
Qeyd olunub ki, Altaylı iyunun 20-də özünün “YouTube” kanalında Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan təhdid məzmunlu ifadələr işlədib. Bununla bağlı olaraq jurnalist haqqında istintaq başladılıb və o, saxlanılıb.