RU

Tarixə düşən adam: "Dünyanın ən kasıb prezidenti" niyə 4 dəfə həbs olunmuşdu?

Xose Alberto Muxika Kordano 1935-ci ildə Uruqvayın paytaxtı Montevideoda anadan olub və gəncliyində repressiyalara qarşı çıxan "Tupamaros" partizan hərəkatının fəal üzvü kimi fəaliyyət göstərib. Bu səbəbdən o, 4 dəfə həbs olunub.

1985-ci ildə amnistiya ilə azadlığa buraxılan Xose Muxika sonradan siyasi fəaliyyətə başlayaraq parlamentə və Senata üzv seçilib. 2010-2015-ci illərdə Uruqvayın prezidenti kimi xidmət edən X.Muxika sadə həyat tərzi, xeyriyyəçiliyi və təvazökarlığı ilə tanınıb. Kiçik bir fermada yaşamış X.Muxikanı "dünyanın ən kasıb prezidenti" adlandırıblar.

Prezidentliyi dövründə təhsil, narkotiklə mübarizə sahələrində mühüm qərarlar qəbul edən X.Muxika 2025-ci il mayın 13-də xərçəng xəstəliyindən vəfat edib. Onun ölümü ilə əlaqədar Uruqvayda üçgünlük matəm elan edilib.

Ətraflı Baku TV-nin süjetində:

Избранный
8
1
far.az

2Источники