RU

Malidə antiterror əməliyyatları, xeyli separatçı öldürüldü

BAKI, 22 iyun. TELEQRAF

Mali ordusunun bölmələri genişmiqyaslı “Duqukoloko” əməliyyatı çərçivəsində ölkənin müxtəlif bölgələrində silsilə antiterror tədbirləri həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Mali Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, ekstremistlərə və terrorçulara qarşı reydlər Farabuqu, Sokolo, Nampala, Lera, Murdiya, Qao, Timbuktu və Qossidə keçirilib.

Mali ordusu terrorçuları zərərsizləşdirib, mülki girovları azad edib, yaraqlılara məxsus nəqliyyat vasitələri, rabitə vasitələri, silah, sursat və sənədləri ələ keçirib.

Xüsusilə Murdiyada təhlükəsizlik qüvvələri 3 girovu azad edib, 4 terrorçunu məhv edib.

Ordu Qossi qəsəbəsi yaxınlığında və Malinin mərkəzində daha 4 terrorçunu öldürüb. Kidal bölgəsində Mali ordusunun hava hücumu nəticəsində yaraqlılar üçün sursat və yanacaq daşıyan yük maşını sıradan çıxarılıb.

Qeyd olunur ki, Mali hakimiyyəti ilə separatçı qruplar arasında silahlı münaqişə 2012-ci ildə başlayıb. O vaxtdan bəri ölkə böhran vəziyyətində olub. Qonşu Burkina-Faso və Nigerlə həmsərhəd ərazilərdə silahlıların fəallığının artması müşahidə edilir.

Избранный
274
26
teleqraf.com

5Источники