RU

İnsan beyni və kodların labirinti

Xalq qazeti saytına istinadən ain.az xəbər verir.

VIII YAZI

Nevronlar arasında informasiya axını

İnsan beyninin təməl strukturu – milyardlarla neyron və onların bir-birilə yaratdığı trilliyonlarla sinaptik əlaqə – sanki canlı bir kod sistemidir. Hər bir neyronun “söz”ü, sinapsın “cümləsi” var. Beyindəki elektrik impulsları məlumatı bir nöqtədən digərinə ötürərkən, bu informasiya axını həm kimyəvi, həm də elektrik təbiətlidir. Lakin bu ötürülmə prosesi kodlaşdırılmış bir mexanizmlə baş verir: bir neyron digərinə siqnal ötürmək üçün müəyyən nizamda, müəyyən sıxlıqda impulslar göndərir. Bu impulslar, bir baxıma, beynin öz "protokolları", yəni bioloji proqramlaşdırma sistemidir.

Beynin özünü proqramlaşdırması

Müasir neyroelm beynin "özünü proqramlaşdırma" bacarığına malik olduğunu təsdiqləyir. Bu bacarıq plastiklik adlanır. İnsan beyni yeni biliklərlə qarşılaşdıqca, travmalardan sonra, yaxud gündəlik təcrübələrlə öz sinaptik əlaqələrini dəyişə bilir. Bu isə o deməkdir ki, insan beyni həm proqramdır, həm də proqramçıdır. O, özü-özünü dəyişə, kodunu yeniləyə və bəzən köhnə "yazılımı" silə bilir. Sanki həyatın hər yeni təcrübəsi ilə beyin yeni bir “update” alır.

Şüurun kodlaşdırılması ehtimalı

Əsrlərdir ki, şüurun sirri filosoflar, alimlər və mistiklər üçün cavabsız sualdır. Ancaq son dövrlərdə bəzi neyroinformatika tədqiqatçıları şüurun da kodlaşdırıla bilən bir hadisə ola biləcəyini irəli sürürlər. Yəni şüur – müəyyən neyron şəbəkələrinin spesifik şəkildə aktivləşməsi nəticəsində yaranan yüksək səviyyəli bir “proqram” ola bilərmi? Əgər “bəli” isə, bu proqramlaşdırılmış şüur kodlaşdırıla bilər və bir gün süni intellektdə simulyasiya oluna bilərmi?

Bəlkə də biz öz şüurumuzu yalnız yaşantılarla deyil, eyni zamanda içimizdəki kodlarla qururuq – genetik, neyron və təcrübə əsaslı kodlarla. Həyat dediyimiz hadisə bu kodların bir labirint kimi insan beynində dolaşmasıdır.

Bioloji idrak və süni şəbəkələr arasında paralellər

Süni neyron şəbəkələri (ANN – Artificial Neural Networks) insan beyninin sinaptik mexanizmlərini modelləşdirərək yaradılıb. Hər bir süni neyron giriş siqnallarını alır, onları çəki sisteminə əsasən hesablayır və nəticə olaraq çıxış siqnalı verir – bu, bioloji neyronun davranışına bənzəyir. Lakin süni şəbəkələrdə şüur yoxdur. Onlar öyrənirlər, lakin anlamırlar. Reaksiya verirlər, lakin hiss etmirlər.

Buradakı maraqlı paralel odur ki, süni şəbəkələrin davranışı da kodla müəyyən olunur – onlar da proqramlaşdırılmış strukturlar əsasında işləyir. Bu isə insan beynindəki davranışın müəyyən dərəcədə proqnozlaşdırıla biləcəyini göstərir. Bəlkə də, beyin – kodlaşdırılmış bir labirint, şüur – həmin labirintin ortasında parlayan işıqdır.

Oğuz ARİF

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
1
xalqqazeti.az

2Источники