Azərbaycan təmsilçisi Rafael Fiziyev Bakıda keçirilən UFC turnirndə Çili döyüşçüsü İqnasio Bahamondes üzərində qələbə qazanması ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, belə danışıb:
"Bu millətə bağlıyam. Onlar qalib gəldilər. Yaşasın Azərbaycan! Bu azarkeşlərin qarşısında uduza bilməzdim. Bu xalq daha xoşbəxt olmağa və yaşamağa layiqdir".