RU

Neftin qiyməti bu il 45, gələn il 42 43 dollar... “Rosneft” rəhbəri niyə bədbindir?

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiyanın enerji nəhəngi “Rosneft” şirkəti 2025-ci il üçün neftin baza qiymətini 45 ABŞ dolları, 2026-cı il üçün isə 42–43 dollar səviyyəsində götürməyi planlaşdırır. 

“AzPolitika” xəbər verir ki, bu barədə şirkətin rəhbəri İqor Seçin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (СПБЭФ) çərçivəsində çıxışı zamanı bildirib.

Seçin qeyd edib ki, “Rosneft” yüksək volatillikdən (qiymət dəyişkənliyindən) asılı olmamaq üçün konservativ qiymət yanaşmasına üstünlük verir: 

“Biz istəyirik ki, planlaşdırma stabillik üzərində qurulsun və kəskin bazar dəyişiklikləri şirkətin strategiyasına təsir göstərməsin”, – deyə o vurğulayıb.

Seçinin bu bəyanatı Rusiya enerji sektorunun sanksiyalar, bazar qeyri-müəyyənliyi və tədarük marşrutlarındakı dəyişikliklərə qarşı özünü sığortalamaq cəhdinin növbəti göstəricisidir. Əslində, hazırda dünya bazarında neft qiymətləri 80 dollar ətrafında dəyişsə də, “Rosneft”in 40 dollar həddinə əsaslanan planı şirkətin gəlirliliyi və davamlılığı üçün realistik və ehtiyatlı yanaşmadır.

Bu, həm də onu göstərir ki, Rusiya hökumətinə əsas gəlir gətirən neft-qaz sektorunda risklər artır və dövlətlə yaxın əlaqəli nəhəng şirkətlər artıq öz planlarını geosiyasi qeyri-sabitliyə uyğunlaşdırmağa məcburdur.

Rasim Əliyev AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
10
azpolitika.info

1Источники