RU

Yol tikintisi zamanı buz dövrünə aid heyvanın qalıqları tapıldı - FOTO

Polşada yüksəksürətli avtomobil yolunun tikintisi zamanı buz dövrünə aid heyvanın sümükləri aşkar edilib.

Avtosfer.az-ın xəbərinə görə, bu barədə "TVP World" nəşri məlumat verib.

Məlumata görə, nadir tapıntı Zamos şəhəri yaxınlığındakı Labune kəndində ortaya çıxıb. Arxeoloqlar 11.7 min ildən 2.6 milyon ilə qədər yaşı olan diş və çanaq sümüyünün parçalarını tapıblar.

"Qalıqların növlərini dəqiq müəyyən etmək üçün əlavə tədqiqatlara ehtiyac var", - deyə arxeoloq Rafal Nedzvyadek bildirib.

Lakin dişə əsasən, qalıqların mamonta aid olduğu ehtimal edilir.

Hazırda sümüklər mütəxəssislər tərəfindən tədqiq edilir.

 

 

Избранный
2
2
avtosfer.az

3Источники