RU

Quterreş ABŞ nin İrana zərbələri haqqında: Münaqişənin nəzarətdən çıxmasının riski artır

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"ABŞ-nin İrandakı nüvə obyektlərinə zərbələri beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir".

Oxu.Az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş "X" sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, münaqişənin nəzarətdən çıxmasının riski artır, bu da dünya üçün fəlakətli nəticələrə səbəb ola bilər.

Baş katib BMT-yə üzv dövlətləri gərginliyi azaltmağa və beynəlxalq hüquq çərçivəsində öhdəlikləri yerinə yetirməyə çağırıb:

"Bu təhlükəli saatda xaosdan qaçınmaq çox vacibdir. Hərbi həll yolu yoxdur. Yeganə yol diplomatiyadır. Yeganə ümid sülhdür".

Xatırladaq ki, daha əvvəl ABŞ Prezident Donald Tramp İranın Fordo, Nətənz və İsfahandakı nüvə obyektlərinə uğurlu zərbələr endirildiyini açıqlamışdı.

I am gravely alarmed by the use of force by the United States against Iran today. This is a dangerous escalation in a region already on the edge – and a direct threat to international peace and security.There is a growing risk that this conflict could rapidly get out of…

— António Guterres (@antonioguterres) June 22, 2025

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
oxu.az

1Источники