RU

Tramp xalqa müjdə verdi: ABŞ İranın uran zənginləşdirmə obyektlərini məhv edib –TEHRANDAN İLK GÖZLƏNİLMƏZ REAKSİYA

ABŞ Silahlı Qüvvələri İranın uran zənginləşdirmə obyektlərini tamamilə yox edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ABŞ Prezidenti Donald Tramp bunu İrana zərbələr endirilməsi ilə əlaqədar Ağ Evdə həmvətənlərinə televiziya ilə müraciət edərkən deyib.

 

“Bu axşam bütün dünyaya bildirə bilərəm ki, bu zərbələr heyranedici hərbi uğurla nəticələnib. İranın əsas uran zənginləşdirmə obyektləri tamamilə və bütünlüklə məhv edilib”, – Amerika lideri söyləyib.

 

O vurğulayıb ki, İran sülhə getməlidir, əks halda Tehranı “son səkkiz gündə müşahidə etdiyimizdən daha böyük miqyaslı faciə gözləyir”.

Qeyd edək ki, Tram bundan əvvəl sosial şəbəkə hesabında yazmışdı: “İrandakı Fordo, Natanz və İsfahan daxil olmaqla, üç nüvə obyektinə uğurlu hücum tamamladıq. Bütün təyyarələr artıq İran hava məkanından kənardadır. Dünyada bunu edə biləcək başqa bir ordu yoxdur”.

Избранный
50
43
senzor.az

10Источники